“Range Rover” ilə qəzada ölən Pərvinin FOTOSU
    • 9-09-2022, 15:44
    • 379

“Range Rover” ilə qəzada ölən Pərvinin FOTOSU

Sentyabrın 1-də Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi zamanı komaya düşən şəxsin bir neçə gün sonra vəfat etməsi barədə xəbər vermişdik.

News24.az “Range Rover” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində həlak olan Pərvin Muğalovun fotosunu təqdim edir.

Qeyd edək ki, hadisə sentyabrın 1-də gecə saatlarında rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Poylu kənd sakini Pərvin Vüqar oğlu Muğalovun idarə etdiyi “Range Rover” markalı avtomobili ilə TIR toqquşub. Nəticədə P.Muğalov ağır bədən xəsarətləri alaraq komaya düşüb.

Daha sonra yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. P.Muğalov yenidən öz kəndinə aparılıb və orda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

O da bildirilib ki, P.Muğalov uşaq olanda atası Vüqar Muğalov da həmin kəndin ərazisində yol qəzasında vəfat edib.