176 cinayətin üstü AÇILDI
    • 12-09-2022, 11:04
    • 226

176 cinayətin üstü AÇILDI

Sentyabrın 10-da və 11–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 176-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 14-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb.

Narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.