Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı
    • 8-07-2022, 11:14
    • 253

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanıldı

İyulun 7-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

News24.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.