DİN əməliyyat keçirdi, 8 cinayətin üstü açıldı
    • 21-06-2022, 10:16
    • 340

DİN əməliyyat keçirdi, 8 cinayətin üstü açıldı

İyunun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.