Sevgilisi azərbaycanlı bloqeri xəncərlə öldürmək istədi - FOTO
    • 13-09-2022, 14:37
    • 311

Sevgilisi azərbaycanlı bloqeri xəncərlə öldürmək istədi - FOTO

Bloqer Atlas Fərəcova sevgilisi tərəfindən döyüldüyünü iddia edib. 

News24.az 
xəbər verir ki, bu barədə o, idarə etdiyi “materazzi.13” adlı instaqram səhifəsində bildirib.

O, zorakılığa məruz qaldığını əks etdirən şəkilləri yayımlayıb və bu sözləri yazıb:

“İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da. Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam".

Bloqer Daxili İşlər Nazirliyinə müraciət edib.