-
- 13-09-2022, 16:08
- 1 214
Maliyyə Nazirliyi bu il 100 milyon manat artıq və əsassız ödəniş AŞKAR ETDİ
Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 52 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 99 910,5 min manat artıq və əsassız ödənişlər aşkar edib.
News24.az nazirliyə istinadən xəbər verir ki, həmin məbləğin 33 502,5 min manatlıq hissəsini yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər dövlət büdcəsinə nağd qaydada ödəyib.
Yuxarıda qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 96 926,7 min manat artıq və əsassız ödənişlərin 33 330,1 min manatını təqsirkar şəxslərin dövlət büdcəsinə ödəməsi təmin olunub və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Xidmətin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunmuş iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 2 919,4 min manat artıq və əsassız ödənişlərin 108 min manat hissəsini yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslərin dövlət büdcəsinə ödəyərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 2 811,4 min manatlıq nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bununla yanaşı, Xidmət dövlət orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənləri yoxlayıb, cəmi 64,4 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına yoxlama materialları göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 25 nəfər vəzifəli şəxsə 16,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Xidmətin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.