-
- 6-08-2020, 12:13
- 612
DSMF-nin büdcədən asılılıq faizi aşağı düşə bilər
Bu ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) məbləği 903 milyon manat müəyyən olunsa da, həmin vəsaitin 848 milyon manatı istifadə edilib.
Bu barədə nazirlikdən News24.az-a məlumat verilib. Məlumatda həmçinin deyilir ki, yanvar-iyun aylarında Fondun xərcləri 24% və yaxud 453 milyon manat artsa da, transfertin məbləği proqnozdan 55 milyon manat və yaxud 6% az olub.
“Ümumilikdə son illərdə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunması Fondun transfert asılılığının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb. Dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərində nisbi payının 2020-ci ildə 2017-ci illə müqayisədə 13% azalaraq 25% təşkil edəcəyi proqnozlaşdırılır. Bu da Fondun dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricisidir”, - deyə nazirlik bəyan edib.
Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 milyon manat, 2019-cu ildə 104 milyon manat, 2020-ci ilin ilk 6 ayında isə 55 milyon manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin məbləği ümumilikdə 238 milyon manat təşkil edib.