Bakıda gənc qız və 50 yaşlı kişi özünü binadan atdı
    • 13-09-2022, 18:56
    • 499

Bakıda gənc qız və 50 yaşlı kişi özünü binadan atdı

Bakıda gənc qız və 50 yaşlı kişi özünü binadan atıb.

News24.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, sentyabrın 12-si 1995-ci il təvəllüdlü Könül İslam qızı Gülverdiyeva müalicə aldığı Xəzər Tibb Mərkəzinin 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Digər intihar isə sentyabrın 13-ü Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Elçin Yəhya oğlu Səfərov yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihar edib. 

Hər iki faktla bağlı araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.