Azərbaycan MN: "Ermənistan atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir"
    • 14-09-2022, 12:55
    • 271

Azərbaycan MN: "Ermənistan atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir"

"Vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir: "Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir".