Bakıda “ZİL” “QAZel”ə çırpılıb -13 nəfər...
    • 20-07-2018, 10:23
    • 1 315

Bakıda “ZİL” “QAZel”ə çırpılıb -13 nəfər...

İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.


Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


//Report.az