Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
    • 14-09-2022, 18:14
    • 432

Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, sentyabrın 14-ü saat 17:30-a olan məlumatına əsasən Şəmkir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Tərtərdə şimşək çaxıb, arabir yağış yağıb.

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Tərtərdə 25 m/s, Ağdamda 24 m/s, Göyçay, Ağstafa, Şəkidə 20 m/s, Mingəçevir, Gəncədə 18 m/s, Ceyrançöldə 17 m/s, Naxçıvanda 16 m/s, Bərdədə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Qum yataqda 18 m/s, Neft Daşlarında 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan güclü kükəlkli, yağıntılı hava şəraiti sentyabrın 15-i gündüzədək davam edəcək.