Laçında mövqelərimiz artilleriya atəşinə tutulur
    • 14-09-2022, 18:17
    • 337

Laçında mövqelərimiz artilleriya atəşinə tutulur

Laçında mövqelərimiz artilleriya qurğuları və minaatanlardan atəşə tutulur.

News24.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.