![Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO](/uploads/posts/2022-09/1663238725_55ffc729-704c-37cb-9fea-7be4a1101e94_850.jpg)
-
- 15-09-2022, 14:45
- 259
Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov vəfat edib.
Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İldırım Kasimov 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İ.Kasimov 1933-cü il dekabrın 7-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb.

![](/uploads/posts/2022-09/1663238724_d8082da2-57cf-3259-a019-3dbde439c500.jpg)