Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat edib
    • 13-03-2021, 11:41
    • 1 047

Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat edib

Bakı Dövlət Sirkinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib.

News24.az xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb.

O, 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.

Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!