Yaşar Əliyev BMT TŞ-də mina məsələsini qaldırıb
    • 15-09-2022, 21:23
    • 558

Yaşar Əliyev BMT TŞ-də mina məsələsini qaldırıb

Üçtərəfli bəyanatın bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan müddəalarına, həmçinin digər beynəlxaq öhdəliklərinin ziddinə olaraq Ermənistan Azərbaycan ərazisində minaların basdırılmasına geniş miqyasda davam edib.

News24.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib.

“2022-ci il avqustun 15-dən bəri 1300-dən çox piyada əleyhinə mina təkcə Laçın rayonunda tapılıb. Müəyyən olunub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanantın imzalanmasından sonra Azərbaycan ərazisində basdırılıb”.

Yaşar Əliyev vurğulayıb ki, Azərbaycan ərazisində yüz minlərlə mina basdıran Ermənistan bu barədə dəqiq və tutarlı məlumat paylaşmır. Bunun nəticəsində isə 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində öldürülüb və ya yaralanıb.