Sabirabadda bacı-qardaş zəhərlənib, bacı ölüb
    • 16-06-2022, 23:45
    • 368

Sabirabadda bacı-qardaş zəhərlənib, bacı ölüb

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib. 

Hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib. Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib.

Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb. Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. /APA/