-
- 16-09-2022, 15:21
- 641
Jurnalistlərdən "üzr videosu"na SƏRT REAKSİYA
Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı açıqlama verib. Sənan Əhmədov bu açıqlamadan sonra "üzr videosu" çəkərək xəbəri təkzib edib.
News24.az xəbər verir ki, şəhid qardaşının üzr videosu ictimaiyyətin narahatlığına səbəb olub. Azərbaycanın tanınmış simaları da status yazaraq Sənan Əhmədova dəstək olub.
Jurnalist Seymur Verdizadə: "Ermənilərin sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədov son mənzilə yola salınanda anası onun üçün ağı deyib göz yaşı axıda bilmədi. Dərddən beli bükülmüş atası çiynini oğlunun cənazəsinin altına verib onu əbədiyyətə yola sala bilmədi...Çünki Səbuhi ata-anasız böyümüşdü. Onun evi kimsəsizlər yurdu, valideynləri həmin müəssisənin əməkdaşları olmuşdu.
Səbuhi ömrünün sonuna kimi ata qayğısına, ana nəvazişinə həsrət qaldı. Qışda paltosunun düyməsini bağlayan, papağını qulaqlarının üstünə çəkən, soyuq əllərini ovcunda isidən kimsəsi yox idi Səbuhinin. Məktəbə gedəndə özündən ağır olan çantasını heç kim daşımamışdı. Məktəbi bitirəndə təbrik edəni olmamışdı. Əsgər gedəndə heç kim arxasınca bir qurtum su atmamışdı. Əsgərlikdən gələndə "boyuna qurban olum, oğul" deyib boynunu qucaqlayanı da yox idi Səbuhinin...
Kimsəsizlər yurdunda böyüyənlərin hamısının taleyi eyni olur, atam balası...
Ata-anasız böyüyən Səbuhi bu Vətəni doğma anası kimi sevdi. Əsgər çəkməsini geyinib onun keşiyində dayandı. İşğala, haqsızlığa dözmədi.
Kişi kimi xidmət elədi, düşmənə boyun əymədi. Və sentyabrın 12-dən 13-nə keçən gecə düşmən gülləsindən şəhid oldu. Azərbaycanın bir şəhidi də artdı. Tariximizə daha bir şərəfli ad həkk olundu: Səbuhi Əhmədov!
Bəs biz nə etdik? Səbuhi üçün doyunca ağlamağa macal tapmadan onun adını müzakirə obyektinə çevirdik.
Anlayıram, ortada ciddi bir iddia vardı. Bu iddia araşdırılmalıydı. Bu məsələnin üstündən sükutla keçmək olmazdı.
Amma torpağı hələ soyumamış şəhidin qardaşını kamera qarşısında oturdub üzr istətmək araşdırma üsulu deyil, ara qarışdırmaqdır.
İnsanları bir-birinə vurmaq, cəmiyyəti çalxalamaqdır...
Səbuhi, əziz bala, bu söz-söhbətlərdən, lazımsız müzakirələrdən xəbərin varmı?
Bizi - bu Vətənin igid övladlarını qoruya bilməyən əmiləri, dayıları, xalaları, bibiləri duya bilirsənmi?
Sənin adınla bağlı etdiyimiz söhbətlər, irəli sürdüyümüz mülahizələr, dedi-qodular səni çoxmu ağrıdır?
Sənin üçün ağlamaq, göz yaşı axıtmaq əvəzinə bir-birimizi ittiham etməyimiz ruhunu çoxmu incidir?
Bilirəm, ürəyindən nə keçir. Bəlkə də indi deyirsən ki, illərlə kimsəzilər evində tək qalanda niyə bir dəfə qapını açıb içəri girmədiniz?
Niyə bir dəfə başıma sığal çəkib üzümdən öpmədiniz? Niyə ad günümdə, şad günümdə bir dəfə yanımda olmadınız?
Haqlısan, oğul bala...
Haqlısan, şəhid bala...
Bu dünyada varlığından xəbəri olmayan, o dünyada səni rahat buraxmayan bizləri bağışla, igid bala.
Lazımsız müzakirələrimizlə, ehtiyasız sözlərimizlə ruhunu incitdiyimiz üçün səndən üzr istəyirəm.
Hamının əvəzinə...
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət : “Kim edib bunu? Şəxsən mən bilmirəm. Amma məsələ ondadır ki, belə operativliklə təkzib yaydıranlar nəsə çox tələsiblər. Hara tələsirdiniz? Necə oldu ki, bu gənc bir gün öncə dediyini təkzib elədi? Niyə? Nə səbəbə?
Belə anlaşılır ki, bu təkzibi yaydıranlar özlərini sudan quru çıxarmaq üçün Ali Baş Komandan İlham Əliyevin nüfuzunu ayaqlar altına
atmaqdan belə çəkinməyiblər! Məhz belə! Bu adamlar öz dayaz təfəkkürləri ilə düşünüblər ki, bu gəncə (hansı şərtlər altında olursa olsun) bir təkzib verdirməklə məsələni öz xeyirlərinə həll edəcəklər. Amma əksi baş verir! Müxalif mövqedə olanlar öncədən də bu məsələdən istifadə edirdi, indi daha artıq istifadə edəcək. Dövlətin yanında olanlarınsa bundan sonra dili qısa olacaq! Çünki bizi tənqid edənlər ilk gündən üzümüzə dirəşmişdilər ki, məsələ ört-basdır ediləcək. İndi biz haqlıykən haqsız duruma düşdük. Ona görə də bu məsələ başqa dövlət qurumları tərəfindən şəxsən Prezidentin nəzarəti altında yenidən araşdırılmalıdır. Ki, cəmiyyət gerçəyi bilsin. Örnək üçün, şəhid Səbuhi doğrudanmı kredit alıb? Bunu banklardan sorğuyla öyrənmək olar.
İkincisi, komando birlikləri yeni yaranıb və yetərincə də ciddi nizam-intizama malik olduğu üçün orada rüşvətin keçərli olacağını şəxsən mən mümkün saymıram. Amma istənilən halda şəhid Səbuhinin kimə rüşvət verdiyi araşdırılmalıdır. Mümkündür ki, hansısa bir dələduz, heç məsələyə dəxli olmayan şəxs ondan rüşvət almış olsun. Bunları araşdırmaq çətin deyil.
Səbuhinin qardaşının təkzib videosuna gəlincə, onu yox sayırıq və heç bir işə yaramadığını bəyan edirik! Utancverici bir təkzibdir.
Eyni zamanda da belə tez-tələsik olması ondan xəbər verir ki, kimlərsə bu iddiadan əsaslı şəkildə narahat olublar ki, onu buna məcbur ediblər.
Burda da bir ipucu var...”
Aparıcı Jalə Həsənli: "Nə vaxtsa bu qədər utandığımı xatırlamıram!
Müxtəlif uşaq evlərində olmuşam. Ana-ata sevgisindən məhrum qalan uşaqlarla ünsiyyətim olub.
Ən çox diqqətimi çəkən ora gedəndə kiçikdən-böyüyə (uşaqları nəzərdə tuturam) heç kimin sənin nə apardığınla maraqlanmamasıdır.
Daha aydın olsun deyə yazım, “ələ baxan” olmurlar. Gözləri tox olur. Amma bir şirin söz de, onlarla söhbət et, qayğıya, onlara sahib çıxmağınıza, qucaqlamağınıza,ən əsası sevgiyə nə qədər “ac” olduqlarına şahid olacaqsınız. Sənanın dayağı, qayğıya ehtiyacı olanda başını çiyninə söykədiyi qardaşı vətən uğrunda şəhid olub, insanın bu həyatdakı tək sirdaşı, uşaqlıq xatirələri torpaq altındadır. Onsuz da insanlarla danışanda nəzərlərini yerdən çəkmirdi, onu niyə başıaşağı elədiniz ki? Hər 2 videoya da ehtiyac yox idi. O insanın təkcə dəstəyə, sevgiyə ehtiyacı var idi. Bunu edə bilmirsinizsə, əl çəkin şəhid ailələrindən. İmkan verin camaat dərdini çəksin! Əmin olun, Səbuhi bu fotodan baxdığı kimi baxıb, qınayır sizi. Ən yaxşı halda qınayır, qorxun ki şəhid haqqını halal etməsin!"