"Ata-anamız yoxdur, o demək deyil ki, kimsəsizik" - Şəhid Səbuhinin qardaşı -FOTO
    • 14-09-2022, 12:34
    • 522

"Ata-anamız yoxdur, o demək deyil ki, kimsəsizik" - Şəhid Səbuhinin qardaşı -FOTO

"Ata-anamız yoxdur", o demək deyil ki, kimsəsizik". 

News24.az xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O qeyd edib ki, qardaşı və özü SOS kəndində böyüyüb: "2 yaşından uşaq evində böyümüşük. Bəziləri yazıb ki, kimsəsiz şəhiddir. Düzdür, ata-anamız yoxdur, amma bu o  demək deyil ki, kimsəsizik. Qardaşımın yanında mən var idim. Bir-birimizə arxa-dayaq olub birtəhər yaşayırdıq. Səbuhi komando bölüyünə keçdi ki, maaşı artsın. Amma 3 gündən sonra şəhid xəbəri gəldi".