Bakıda dəhşətli hadisə - Usta binanın eyvanından yıxılıb öldü
    • 16-09-2022, 15:27
    • 467

Bakıda dəhşətli hadisə - Usta binanın eyvanından yıxılıb öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun T.Abbasov küçəsində baş verib. Həmin küçədəki 37 saylı binanın 5-ci mərtəbəsində S.Qəhrəmanovaya məxsus mənzillin eyvanında təmir işləri aparan usta, 1955-ci il təvəllüdlü Məstəli Əliyev ehtiyatsızlıqdan yıxılıb.
Binanın qarşısında yerə çırpılan şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.