Usta hündürlükdən yıxılaraq öldü
    • 12-07-2022, 23:53
    • 334

Usta hündürlükdən yıxılaraq öldü

Ağastafada bədbəxt hadisə baş verib.

Hadisə Köçəsgər kəndində qeydə alınıb.

Məlumata görə, Misirov Asif Səfər oğlu usta işlədiyi evdə dam örtüyü təmir edən zaman hündürlükdən yıxılıb.

1962-ci il təvəllüdlü usta ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağstafa Rayon Prokrorluğunda araşdırma aparılır.


/APA/