-
- 17-09-2022, 15:20
- 3 648
Şəhid Səbuhinin yasında pul yığıb aradan çıxan blogerlər ARAŞDIRILIR
Dünən şəhid Səbuhi Əhmədovun yas mərasiminə gələnlərdən, xüsusən məşhurlardan toplanan pulların qardaşı Sənana verilməməsi məlum olub.
News24.az bildirir ki, artıq məsələni Prokurorluq araşdırır.
Bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat verib.
“Xətai Rayon Prokurorluğundan Araz müəllim adlı müstəntiq zəng etmişdi. Şəhid Səbuhinin dəfnində pul yığıb aparan blogerlərlə bağlı yazdığım statusla əlaqədar araşdırılmanın başlandığını bildirdi. İşin birbaşa Baş Prokurorun nəzarətində olduğunu dedilər. Məni də izahat vermək üçün prokurorluğa dəvət etdilər. Qoy dələduzları tapıb, lazımi cəzalarını versinlər!”.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu da iddia edib ki, sosial şəbəkələrdə şəhidin adına yığılan pullar Səbuhi Əhmədovun ailəsinə çatmayıb:
“Şəhidin yasından öz məqsədləri, mənafeləri üçün istifadə edən nə qədər vicdansız insanlar var. Bir neçə hesab açılıb, pullar toplanıb. Heç birindən Sənanın xəbəri yoxdur. Kimlərəsə böyük məbləğdə Sənana çatdırılması üçün pullar verilib. Amma o pullar Sənana çatmayıb. “Tiktok”da, “İnstagram”da Səbuhinin qardaşı üçün hədiyyə, yardım istəyənlərdən Sənanın xəbəri yoxdur. Sənanın birbaşa özünə verilməyən, kiminsə vasitəsilə ona göndərilən pullardan onun xəbəri yoxdur”.
“Bir qrup bloger də Səbuhinin yas mərasimi olan həyətdə dəftər qoyub pul yığırdı. Orda iştirak edənlər də pul qardaşına veriləcək deyə siyahıya yazılırdı. Sonra Sənana deyiblər ki, bəs biz uşaq evi üçün burda aksiya edirik, toplanan pullarla uşaq evinə gedəcəyik. Bu da təzə çıxıb?
Sənanın kimsəsizliyindən hərə öz məqsədi üçün istifadə edir. Şəhidin əmanətinə xəyanət edənlər ən vicdansız adamdır”.