Yaralı XTQ hərbçisi Yusif Qurbanov şəhid oldu

Yaralı XTQ hərbçisi Yusif Qurbanov şəhid oldu Maraqlı
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə News24.az -a Müdafiə Nazirliyindən bildirilib.

"Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.



Yaralı XTQ hərbçisi Yusif Qurbanov şəhid oldu Yaralı XTQ hərbçisi Yusif Qurbanov şəhid oldu