“Neolit”in qarşısında dəhşətli hadisə: Vətən Müharibəsi qazisi öldü - FOTO
    • 23-11-2021, 12:11
    • 1 986

“Neolit”in qarşısında dəhşətli hadisə: Vətən Müharibəsi qazisi öldü - FOTO

Noyabrın 16-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində baş vermiş ağır qəzada ölən şəxs Vətən Müharibəsi qazisi imiş.

News24.az
-ın məlumatına görə, Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Zeynalov Hüseynəli Vaqif oğlu noyabrın 16-da səhər saatlarında paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsində, “Neolit” şadlıq sarayının qarşısında avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Belə ki, səhər saatlarında qazi yolu keçərkən  Bakı şəhər sakini S.Ələsgərov idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə onu vurub. 

Qeyd edək ki, Zeynalov Hüseynəli Vətən Müharibəsi iştirakçısıdır və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

O, yaşayıb boya-başa çatdığı Neftçala rayonu Qaçaqkənd kəndində dəfn edilib. 

Faktla bağlı araşdırma aparılır.