Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirildi
    • 19-09-2022, 15:09
    • 388

Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirildi

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.