"Mançester Yunayted"in futbolçuları zəhərləndi
    • 19-09-2022, 22:12
    • 202

"Mançester Yunayted"in futbolçuları zəhərləndi

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçuları zəhərlənib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Moldovada olan "Mançester Yunayted"in bəzi futbolçularının səhhətində qarşılaşmadan bir gün sonra problem yaranıb. Məlum olub ki, texniki heyətdəkilər də daxil olmaqla ümumilikdə 12 nəfər zəhərlənib.

Zəhərlənən futbolçuların adları açıqlanmayıb. Ancaq bildirilib ki, onlar sentyabrın 16-sı və 17-dəki məşqləri buraxmalı olublar.
Hazırda hadisənin Kişineuda, yoxsa geri qayıdarkən təyyarədə yeyilən yeməkdən qaynaqlandığı araşdırılır.