Sumqayıtda itkin düşən məktəbli tapıldı
    • 20-09-2022, 23:08
    • 500

Sumqayıtda itkin düşən məktəbli tapıldı

Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.

Bu barədə N. Pənahlının yaxınları məlumat verilib.

Bildirilib ki, 12 yaşlı məktəbli şəhərin 6-cı mikrorayon ərazisindən tapılıb.

Xatırladaq ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir. /APA/

***

Sumqayıt 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb.

News24.az xəbər verir ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Məktəblini görənlərdən polisə məlumat vermələri xahiş olunur.