Baş prokuror Ağdamda əməliyyat müşavirəsi keçirir
    • 21-09-2022, 13:03
    • 333

Baş prokuror Ağdamda əməliyyat müşavirəsi keçirir

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir.

News24.az-ın əldə etdiyi məlumata görə, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.

Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən informasiya təsdiq edilib.