Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
    • 5-08-2020, 13:10
    • 593

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bu gün prokurorluq orqanları 2020-ci ilin birinci yarımilində "Prokurorluq haqqında" qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev məruzə ilə çıxış edib.