"Nar" və "Bakcell" niyə çökdü? - AÇIQLAMA/YENİLƏNİB
    • 21-09-2022, 19:40
    • 375

"Nar" və "Bakcell" niyə çökdü? - AÇIQLAMA/YENİLƏNİB

 “Bakcell” şirkətindən bildiriblər ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb:

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.

NAR-dan verilən məlumatda isə qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:
“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.


18.46

Azərbaycanda "Nar" mobil rabitə operatorunun şəbəkələrinə girişdə problemlər yaranıb.

News24.az xəbər verir ki, həmin mobil operatorlardan istifadə edən abunəçilər zəng etmək və mobil internetdən istifadə etməkdə problem yaşayır.

Qeyd edək ki, şirkət bununla bağlı açıqlama verməyib.