Moskvada çağırış vərəqəsi alan gənc intihara cəhd etdi
    • 23-09-2022, 17:14
    • 273

Moskvada çağırış vərəqəsi alan gənc intihara cəhd etdi

Rusiyanın paytaxtı Moskvada hərbi xidmətə çağırış vərəqəsi alan 25 yaşlı şəxs intihara cəhd edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.

Nikita adlı gənc əvvəl hiddətlənib və spirtli içki qəbul etməyə başlayıb. Bir müddət sonra isə sərxoş vəziyyətdə damarlarını kəsərək eyvandan özünü atmağa cəhd edib.

Lakin son dəqiqədə anası onun həyatını xilas edib və təcili tibbi yardım xidmətinə zəng edib.  

Nikita xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.