İranda aksiyada gənc qız öldürüldü- FOTO
    • 26-09-2022, 10:23
    • 404

İranda aksiyada gənc qız öldürüldü- FOTO

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb.

Hədis Nəcəfinin ölümü sosial şəbəkələrdə rezonans doğurub. Bir çox istifadəçi onun bir müddət əvvəl çəkilən fotosunu da paylaşıb.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Dünən keçirilən aksiya zamanı polis etirazçı qadınlara atəş açıb. Bu zaman polis gözyaşardıcı qazla 29 yaşlı qızı sinəsindən güllələyib. Hazırda həmin qadının ağır yaralı olduğu bildirilir. Ümumilikdə isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu məlumdur.