Rusiya MN səfərbərliyə kimlərin cəlb olunacağını açıqladı
    • 22-09-2022, 22:28
    • 385

Rusiya MN səfərbərliyə kimlərin cəlb olunacağını açıqladı

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə kimlərin hansı şərtlərlə çağırılacağı məsələsinə aydınlıq gətirib.

News24.az xəbər verir ki, ilk növbədə zəruri hərbi ixtisasa malik olanlar - tankçılar, atıcılar, sürücülər və sürücü-mexaniklər çağırılacaqlar.

Daha sonra ehtiyatda olanların “birinci kateqoriyası”na aid edilmiş şəxslər: 35 yaşınadək sıravi və ehtiyatda olan çavuşlar, 50 yaşınadək kiçik zabitlər, 55 yaşadək yüksək rütbəli zabitlər hərbi hissələrə göndərilicəklər.

Həmçinin zəruri hərbi ixtisasları olan qadınlar, xüsusən də həkimlər çağırıla bilərlər.

Rusiya MN bildirib ki, əsas seçim meyarlarından biri çağırışçıların və hərbi xidmətə çağırılanların döyüş təcrübəsi olacaq.