Rusiyada səfərbərliyə qarşı ETİRAZ: 1300 nəfər HƏBS EDİLDİ
    • 22-09-2022, 13:10
    • 381

Rusiyada səfərbərliyə qarşı ETİRAZ: 1300 nəfər HƏBS EDİLDİ

Rusiya prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik elanından sonra orduya qatılmaq istəməyənlər meydanlara axışıblar. 

News24.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, etiraz aksiyalarına təhlükəsizlik qüvvələri müdaxilə edib.

Bildirilir ki, 38 şəhərdə 1300-dən çox adam saxlanılıb.

Qeyd edək ki, Rusiyada icazəsiz mitinqlər Rusiya qanunsuz sayılır. Moskva Prokurorluğu etiraz aksiyalarını təşkil etməyin və ya qatılmağın 15 ilə qədər həbslə nəticələnəcəyini bildirib.