Castin Biberdən Məhsa Əmini ilə bağlı paylaşım - FOTO
    • 26-09-2022, 15:07
    • 280

Castin Biberdən Məhsa Əmini ilə bağlı paylaşım - FOTO

Kanadalı pop ulduzu Castin Biber İranda “əxlaq” polisi tərəfindən hicaba görə öldürüldüyü iddia edilən 22 yaşlı Məhsa Əminin fotosunu paylaşıb.

News24.az xəbər verir ki, ulduz Əmininin fotosunu qaldıran etirazçıların görüntüsünü əks etdirən paylaşımı instaqram hesabında hekayə bölümündə yayımlayıb.

258 milyon izləyicisi olan Biberin bu paylaşımı xüsusilə hazırda etirazların davam etdiyi İranda böyük diqqət çəkib və iranlı qadınlar tərəfindən geniş yayımlanmaqdadır./Publika.az/