Çingiz Abdullayev Yazıçılar Birliyinin sədrinin kim olacağını AÇIQLADI:
    • 26-09-2022, 17:58
    • 966

Çingiz Abdullayev Yazıçılar Birliyinin sədrinin kim olacağını AÇIQLADI: "Yalnız O..."

"Yazıçılar Birliyinə sədr seçilməyim ilə bağlı yayılan xəbərlər yalandır. Sədr Anar müəllim seçiləcək. Mən isə Azərbaycan Yazıçılar Birliyinin I katibiyəm. Azərbaycanın ən cavan Xalq yazıçısıyam. Haqqımda belə dedi-qoduların yayılmasına öyrəşmişəm. Qurultayın 6 oktyabrda olacağı ilə bağlı yayılan fikirlər düzgün deyil. Anar müəllimin 1987-ci ildə sədr seçildiyini yazırlar, bu, yanlışdır. O, 1991-ci ildə sədr seçilib. Yazıçılar Birliyinin sədri yalnız Anar ola bilər". 

Bu sözləri News24.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib.

O bildirib ki, qurultayın vaxtı haqqında çıxan şayiələr də həqiqəti əks etdirmir: "Qurultayın vaxtı hələ ki bilinmir. Qurultayın dəqiq tarixi bizdən asılı olan səbəblərə görə müəyyənləşmir. Qurultayda iştirak edəcək yerli və xarici qonaqlar var. Dünyada gedən prosesləri nəzərə alsaq, xaricdən gələn qonaqlar bilet tapmaqda çətinlik çəkə bilər. Biz bunların hamısını düşünməliyik. Ona görə də qurultayı təxminən oktyabr ayının sonunda keçirməyi planlaşdırırıq. Dəqiq vaxt bir neçə gün ərzində ictimaiyyətə açıqlanacaq".

Qumral Əliyeva