Bayden Makronla Ukraynadakı müharibəni müzakirə edəcək
    • 26-09-2022, 23:19
    • 356

Bayden Makronla Ukraynadakı müharibəni müzakirə edəcək

ABŞ Prezidenti Cozef Bayden dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makronla Ağ Evdəki görüşündə Ukraynadakı müharibəni müzakirə edəcək.

News24.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi brifinqdə bildirib.

"Biz Fransa ilə Ukraynadakı müharibə də daxil olmaqla bütün qlobal məsələlərlə bağlı sıx əməkdaşlıq edirik. Bayden Makronu yaxın və dəyərli tərəfdaş hesab edir və onunla bir sıra mühüm məsələləri, o cümlədən Rusiyanın təcavüzünü müzakirə edəcək", - Jan-Pier vurğulayıb./Report/