Prezident “AzerGold”a sədr müavini təyin etdi
    • 4-01-2019, 13:54
    • 1 299

Prezident “AzerGold”a sədr müavini təyin etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli 859 nömrəli Sərəncamına əsasən Xəyyam Oqtay oğlu Fərzəliyev "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bu barədə News24.az-a QSC-dən məlumat verilib.

Bundan öncə X. Fərzəliyev Azərbaycanda və MDB ölkələrində məsul vəzifələrdə çalışıb.