-
- 28-09-2022, 12:58
- 545
İrandakı aksiyaların arxasında KİMLƏR DAYANIR? – “Molla rejimi” DEVRİLƏCƏKMİ? - Ekspert AÇIQLADI
“İrandakı ixtişaşlar uzun illərdir orada islahatların həyata keçirilməməsinin nəticəsidir. İran siyasi rejiminin illərdir ölkənin daxilində apardığı təbliğat ideoloji istiqamətə yönəlib. Demək olar ki, dünyada heç bir dövlətlə normal əlaqələrin inkişafını təmin edə bilməyiblər. İranda artan işsizlik, iqtisadi problemlər, insan haqları ilə bağlı vəziyyətin kəskin formada olması və əhalinin yoxsulluq səviyyəsinin pisləşməsi xalqın ayağa qalxmasına səbəb oldu”.
Bunu News24.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq hesab edir ki, bu aksiyaların arxasında hansısa xarici qüvvələr dayanmır: “Bəli, bu, danılmaz faktdır ki, beynəlxalq imperializm İranda vəziyyətin gərgin olmasında maraqlıdır. Amma İranda bu gün baş verən hadisələr “molla rejimi”nin teokratik idarəetmə sistemində buraxdığı qüsurlar və eyni zamanda insanlara qarşı total repressiyaların həyata keçirilməsi ilə bağlıdır. İranda etiraz aksiyalarına çox şahidlik etmişik. Ancaq hər zaman bu aksiyaların güc strukturları tərəfindən zorakılıqla qarşısı alınıb. Bu gün İranda demək olar ki, hansısa müxalif siyasi lider qalmayıb. Onlar ya həbs edilib, ya da ölkədən qaçıblar. Keçmiş şahlıq rejiminin tərəfdarlarının da o qədər də gücü yoxdur ki, bu hadisələri birbaşa ABŞ və ya pəhləvilərin davamçıları ilə əlaqələndirək”.
O, əlavə edib ki, İran hakimiyyəti yaxın zamanlarda ciddi siyasi islahatlar həyata keçirməsə və aksiyaçılarla normal ünsiyyəti bərpa etməsə, vəziyyət daha da çətin olacaq: “Bu aksiyaların sonu vətəndaş müharibəsinə və ya rejimin dəyişməsinə səbəb ola bilər”.