Qanuna görə Sənan şəhid ailəsidir? -HÜQUQŞÜNAS AÇIQLADI
    • 28-09-2022, 18:03
    • 819

Qanuna görə Sənan şəhid ailəsidir? -HÜQUQŞÜNAS AÇIQLADI

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununda şəhid kimə deyilir və şəhid ailəsi statusu kimlərə verilir bu birmənalı olaraq qeyd olunub. Bu status şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşına çatmayan övladları ,uşaq evində böyüyən qardaş və bacılarına verilir. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Olsa belə, Sənan Əhmədov həmin müəssisədə yaşamalıdır ki, o, şəhid ailəsi statusu ala bilsin. Yuxarıda sadaladığımız şəxslər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilir. Buna görə də Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov şəhid ailəsi statusunu ala bilmir".

Bunu News24.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Qeyd edək ki, Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. Sənan Əhmədov ailə üzvlərinin sayına görə təklif edilən mənzilin 2 otaqlı olmasını istəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Sənan Əhmədov şəhid ailəsi statusunda deyil. Buna görə də ona 2 otaqlı mənzil vermək mümkün deyil.