Toydan qayıdan ailə qəzaya düşdü
    • 2-12-2019, 22:09
    • 1 088

Toydan qayıdan ailə qəzaya düşdü

Yevlaxda ağır  avtomobil qəzası olub. 

News24.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqqması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış. Faktla bağlı araşdırma aparılır.