“Tottenhem”dən banan atılan futbolçuya dəstək
    • 29-09-2022, 01:34
    • 148

“Tottenhem”dən banan atılan futbolçuya dəstək

“Tottenhem” klubu Braziliya – Tunis (5:1) yoldaşlıq oyunu zamanı azarkeşlərin braziliyalı hücumçusu Riçarlisona qarşı irqçi davranışlarını pisləyib.

News24.az xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada bu hadisəyə görə qəzəbləndikləri bildirilib:

“Braziliya ilə Tunis arasındakı matçda Riçarlisona qarşı irqçi təhqirlərə görə qəzəblənirik. Bunun nə futbolda, nə də başqa yerdə yeri yoxdur. Biz səninləyik, Riçi!”

Xatırladaq ki, Fransanın “Park de Prens” stadionunda keçirilən oyun zamanı tribunadan Riçarlisona banan atılmışdı. Bu, futbolçu millisinin ikinci qolunu qeyd edərkən baş verib. Riçarlisonun özü matç zamanı irqçiliyin təzahürünə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.