Azərbaycanda inanılmaz hadisə: həmyerlisinin qulağını DİŞLƏYİB, QOPARDI
    • 29-09-2022, 17:44
    • 346

Azərbaycanda inanılmaz hadisə: həmyerlisinin qulağını DİŞLƏYİB, QOPARDI

Göyçay şəhərində həmyerlisinin qulağını qoparan şəxsə cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Göyçay şəhərində 2002-ci il təvəllüdlü Zahir Zaur oğlu Həsənov xuliqanlıq zəmnində həmyerlisi, 1996-cı ildə anadan olmuş Şamil Qarayevin qulağını dişləyərək, qulaq selvasının böyük hissəsini qoparıb. Ağır xəsarət almış şəxs xəstəxanaya yerləşdirilib.

Ş.Qarayevin şikayətindən sonra Zahir Həsənov sentyabrın 28-də həbs edilib. Onun barəsində AR Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Hazırda araşdırmalar davam etdirilir.