Bakıda 48 yaşlı kişinin boğazına biz soxdular – QORXUNC HADİSƏ
    • 22-10-2019, 11:17
    • 1 193

Bakıda 48 yaşlı kişinin boğazına biz soxdular – QORXUNC HADİSƏ

Bakıda həmyerlisinin boğazına biz soxaraq ona ağır xəsarət yetirmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Əliyev Elçin Əsgər oğlunun tanışı Mikayılov Elçin Feyruz oğluna qarşı etdiyi əmələ görə açılan cinayət işinin araşdırılması yekunlaşıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törətmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinaytlər Məhkəməsinə göndərilib və hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, bu il 17 may tarixində Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Mikayılov Elçin Feyruz oğlu tanıdığı şəxslə münaqişə zəminində bizlə boğazından xəsarət alıb. Bizi onun boğazına batırıblar. E.Mikayılov ağır vəziyyətdə xəstəxanaya aparılıb.