-
- 30-09-2022, 11:22
- 293
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi
Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi təsdiqlənib.
News24.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilib.
Müzakirələrdən sonra deputatlar qərar layihəsinin lehinə səs veriblər.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi
6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;
7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;
8. “Ali təhsil haqqında” qanun layihəsi
9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri. /Report.az/