Cəlilabadda yol qəzası: iki nəfər öldü - FOTO/YENİLƏNİB
    • 1-10-2022, 00:07
    • 323

Cəlilabadda yol qəzası: iki nəfər öldü - FOTO/YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır qəzada ölənlərin adları məlum olub.

Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.

Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

22.32

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.


“VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./APA/