Tərtərdə iki nəfər minaya düşdü - YENİLƏNİB
    • 1-10-2022, 13:10
    • 336

Tərtərdə iki nəfər minaya düşdü - YENİLƏNİB

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl ba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.


***

13:10


Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Bu barədə News24.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.


***

12:09

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşüb.

News24.az APA-nın məlumatına istinadla xəbər verir ki, hadisə rayonun “Üçüncü sovxoz” adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.