-
- 3-10-2022, 10:51
- 272
Sobçaka cinayət işi açıla bilər
Polis Kseniya Sobçakın hərəkətlərində dövlət hakimiyyəti haqqında saxta məlumatların yayılmasını qeydə alıb və İstintaq Komitəsindən jurnalistə qarşı cinayət işi qaldırmağı xahiş edib.
News24.az xəbər verir ki, cinayət işinin məhz hansı maddə ilə açıla biləcəyi hələlik məlum deyil. Mənbənin sözlərinə görə, söhbət festivalların dövlət maliyyələşdirilməsi ilə bağlı feyk məlumatdan gedir.
Daha əvvəl rejissor Vitali Manskinin barəsində böhtan maddəsi ilə cinayət işi açılıb. O, Kseniyanın “Ostorojno, Sobçak” yutub layihəsinə müsahibəsində bildirib ki, “Moskva” beynəlxalq kinofestivalında büdcənin azı 85%-i oğurlanır. Festivalın prezidenti rejissor Nikita Mixalkov Manskidən şikayət edib və onu böhtanda ittiham edib. Mixalkovun ittihamlarına cavab olaraq Manski ona festivalla bağlı sənədləşməni dərc etməyi və haqlı olduğunu sübuta yetirməyi təklif edib.
Kseniya Sobçakın adı bu işdə şahid kimi hallanır. Dindirilmə zamanı Sobçak bildirib ki, Manski ilə müsahibəsinə görə cavab verməyə hazırdır və əlavə edib ki, buraxılışın nə rejissoru, nə də redaktorları olub.
Cinayət işinin qaldırılıb-qaldırılmaması ilə bağlı qərar ay ərzində veriləcək./Qafqazinfo/