Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlandı
    • 3-10-2022, 13:15
    • 239

Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2442 mina aşkarlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 464.06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.