Azad olunan ərazilərdə 69 mina aşkarlandı
    • 12-09-2022, 12:46
    • 325

Azad olunan ərazilərdə 69 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, sentyabrən 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 20 mina və 120 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.