UEFA-dan hakimlərimizə təyinat

UEFA-dan hakimlərimizə təyinat İdman
FİFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

News24.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.